Qvardiolanın rekordunu təkrarladı

Qvardiolanın rekordunu təkrarladı
XƏBƏR 27 May 2020 / 15:18 2136
-  A +

Almaniya Bundesliqasının 28-ci turunda səfərdə Dortmund “Borussiya” üzərində qələbə (1:0) “Bavariya”nın baş məşqçisi Hansi Flik üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Münhen klubunda ilk 18 oyununda 15-ci qələbəsini qazanıb.
 
Bununla da o, komandanın sabiq baş məşqçisi Xosep Qvardiolanın rekordunu təkrarlayıb. İspaniyalı mütəxəssis də 15 qələbəni 18 oyunda əldə etmişdi.

Xatırladaq ki, Qvardiola “Bavariya”nı 2013-2016-cı illər aralığında çalışdırıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı