"Milan"dan İbrahimoviç açıqlaması

"Milan"dan İbrahimoviç açıqlaması
DÜNYA FUTBOLU 26 May 2020 / 14:54 1771
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviçin ilkin müayinəsinin nəticələri açıqlanıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, onun vətərinin zədələnmədiyi bildirilib. Bununla da o, ciddi zədədən xilas olub. 38 yaşlı hücumçunun yalnız baldır əzələsində problem aşkarlanıb. Ancaq onun bərpa müddəti varədə məlumat verilməyib. 10 gün ərzində isveçli oyunçunun son durumunun müəyyənləşəcəyi vurğulanb.

"La Gazzetta dello Sport" nəşri yazıb ki, baldır əzələsinin zədəsinin dərəcəsindən asılı olaraq İbrahimoviç 10 gündən iki aya qədər yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, İbrahimoviç məşq zamanı zədələnib.


Son xəbərlər