Almeyda klubundan göndərilir

Almeyda klubundan göndərilir
XƏBƏR 26 May 2020 / 14:14 4005
-  A +

Millimizin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubunu bu yay tərk edəcək.

Qol.az BƏƏ mətbuatına istinadən xəbər verir ki, Abu-Dabi təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləninin müddətini uzatmamağa qərar verib. Bildirilib ki, R.Almeyda komandada ümidləri doğrultmayıb. Bu səbəbdən yayda klubdan ayrılacaq futbolçular sırasında onun da adı yer alıb.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan  ayrılan Almeyda "Baniyas"la bu ilin iyununa qədər müqavilə imzalayıb.


Son xəbərlər