A Seriyasının bərpası üçün iki tarix

A Seriyasının bərpası üçün iki tarix
XƏBƏR 25 May 2020 / 16:17 1758
-  A +

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa vaxtı qeyri-müəyyən olaraq qalır.

Qol.az xəbər verir ki, İtaliyanın gənclər və idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında, A Seriyasının iyunun 13-də və ya 20-də başlayacağını bildirib:

“A Seriyasının bərpa tarixi üçün iyunun 13-ü və 20-si tarixləri üzərində fikirləşirik. Mövsümün bərpası üçün protokol hazırdır. Məşqlər üçün də razılıq vermişik. Cümə axşamı iclas olacaq və çempionatı nə zaman davam etdirəcəyimizlə bağlı qərar verəcəyik”.

Qeyd edək ki, İtaliyada klublara mayın 18-dən məşqə icazə verilib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"