Vəli Qasımov Rusiya klublarındakı məvacibini açıqladı

Vəli Qasımov Rusiya klublarındakı məvacibini açıqladı
ÖLKƏ FUTBOLU 25 May 2020 / 13:16 4498
-  A +

Millimizin sabiq üzvü Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın “Dinamo” və “Spartak” klublarındakı məvacibinin məbləğini açıqlayıb.

Qol.az xəbər verir ki, keçmiş hücumçu bu barədə Rusiyanın “Championat” nəşrinə müsahibəsi zamanı danışıb:

“O vaxtlar maaşlar az idi, bonuslarla yaşayırdıq. “Spartak”dakı bonusum “Dinamo”dakından çox idi. “Spartak”da qələbə üçün 500, “Dinamo”da isə 250 dollar verirdilər. Ancaq hər iki klubdan aldığım maaş eyni idi. Təxminən 2-3 min rubl idi. Biz müasir futbolçular kimi çoxlu pul almırdıq”.

Qeyd edək ki, Vəli Qasımov 1992-ci ildə “Dinamo”nun heyətində Rusiya çempionatının bombardiri olub. Daha sonra İspaniya “Betis”inə keçən Qasımov, “Albasete”, “Esixu”, “Vitoriya” və “İmortal” kimi klublarda da çıxış edib.

 

Daha çox


Son xəbərlər