Prezidentdən La Liqanın bərpası ilə bağlı açıqlama

Prezidentdən La Liqanın bərpası ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 25 May 2020 / 09:49 1587
-  A +

La Liqa prezidenti Xavyer Tebas ölkə çempionatının bərpası haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri La Liqanın iyunun 11-i yenidən başlatmağı planlaşdırdıqlarını deyib: "Bu, tarixin rəsmiləşəcəyini ümid edirəm. La Liqaya "Sevilya" - "Betis" derbisi ilə başlamağı istəyirik. Matçı axşam saat 10-da keçirməyi düşünürük. Hədəfimiz həftənin proqramını qarşıdakı günlərdə açıqlamaqdır".

Qeyd edək ki, İspaniya hökuməti futbol matçlarının iyunun 8-dən bərpasına icazə verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı