“Premyer Liqanın iyunun 12-də bərpa olunması mümkün deyil”

“Premyer Liqanın iyunun 12-də bərpa olunması mümkün deyil”
DÜNYA FUTBOLU 24 May 2020 / 17:10 1970
-  A +

“Uotford"un futbolçusu Kristian Kabasele İngiltərə Premyer Liqasının bərpa vaxtı haqda danışıb.
 
Qol.az xəbər verir ki, belçikalı müdafiəçi “goal.com”a açıqlamasında çempionatın nəzərdə tutulduğu kimi, iyunun 12-də bərpa olunacağına inanmadığını deyib: 

“Premyer Liqanın iyunun 12-də bərpa olunması mümkün deyil. Çünki uzun fasilədən sonra üç həftədən az məşq edib, meydana çıxmaq riskli ola bilər. Məlumatın düzgünlüyündən əmin deyiləm, ancaq düşünürəm ki, Premyer Liqa iyunun 12-də başlamayacaq”.

Qeyd edək ki, Premyer Liqa klublarına mayın 19-dan məşq etməyə icazə verilib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı