Avropada ilk kubok - Yenilənib

Avropada ilk kubok -   Yenilənib
DÜNYA FUTBOLU 24 May 2020 / 20:34 5688
-  A +

Bu gün Belarusda ölkə kubokunun final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo” Brest üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanan matç azarkeşlərin iştirakı ilə keçirilib.

Amma koronovirus pandemiyası səbəbindən stadiondakı tamaşaçı sayı tutumunun yalnız 25 faizə qədər bilet satışa çıxarılıb.

Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırlmış son saniyələrdə - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.

Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – “Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı