Basketbol federasiyaları videokonfrans keçirdi - Şəkil

Basketbol federasiyaları videokonfrans keçirdi - Şəkil
XƏBƏR 29 Aprel 2020 / 19:43 1238
-  A +

Bu gün 29-da Avropa Basketbol Federasiyasının (FİBA) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib.
 
Qol.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlayn-konfransda koronavirus pandemiyasının nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılıb.
 
Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov koronavirus pandemiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət, və Azərbaycan hökümətinin bu xəstəliyinin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqqında ətraflı məlumat verib. Nadir Nəsibov həmçinin bu vəziyyətdə Azərbaycan Basketbol Federasiyasının ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
Onlayn-konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jean-Pierre Suitat, vitse-prezidentlər Carmen Tocala və John Goncalves, icraçı direktor Kamil Novak iştirak ediblər.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord