"Zirə"nin yunanıstanlı müdafiəçisi Anastasios Papazoqlunun ölkəsinin mətbuatına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanda koronavirusla əlaqədar vəziyyət necədir?
- Vəziyyət Yunanıstandan daha sakitdir. Rəsmi olaraq bu günə qədər elan olunan rəqəmlərdən işlərin o qədər pis olmadığını görürük. Ancaq həqiqətin nə olduğunu bilmirəm.
- Ölkədə xüsusi bir tədbir görülüb?
- Yunanıstanda və Avropanın əksər ölkələrində olduğu kimi, nəqliyyatda məhdudiyyətlər var. Məsələn, bütün dükanlar, kafelər və ticarət mərkəzləri bağlanıb. Yalnız banklar, apteklər və supermarketlər açıqdır. Artıq 15 gündür ki, tədbirlər gücləndirildi və hər şey bağlandı. Buna qədər belə deyildi.
- Virus əsasən İranda ciddi bir problem yaratdı. Azərbaycan bunun üçün əvvəlcədən hərəkətə keçdi?
- Xəstəlik İrandan gəldi. İnsanlar əvvəlcə onunla zarafat edirdi. Sonrada yayılmağa başladı. Bir neçə gündən sonra ölkə hərəkətə keçdi və sərhədlər bağlandı. Yenə deyirəm, əsl durumun necə olduğunu bilmirəm. Elan edilən rəqəmlərin doğru olub-olmadığından əmin deyiləm.
-Belə başa düşdük ki, hazırda orada vəziyyət gərgindir...
-Əlbəttə, vəziyyətin ciddiliyini başa düşdürük. Bakı çox inkişaf etmiş bir şəhərdir və gündə 24 saat işləyirlər. Tikinti heç vaxt dayanmır. Daim göydələnləri qaldırırlar və son vaxtlar əvvəlki dövrdəki kimi sürətlə işləmirlər. Demək olar ki, tikintini dayandırıblar.
-Ümumiyyətlə, Bakı necə şəhərdir?
-Çox zəngin bir şəhərdir. Yaşamaq üçün çoxlu pul lazımdır. Hər yerdə uca binalar var. Bakı Dubay olmaq niyyətindədir. Bu mövcud olan perspektiv və şəhərin qarşıya qoyduğu məqsəddir. Həqiqətən çox gözəl bir şəhərdir və görməyə dəyər. Əlbəttə bunun iki tərəfi var: çoxlu zənginlər olsa da, yoxsulluq da var. Hava limanından şəhər mərkəzinə gələnə qədər sağda və solda kasıb məhəllələrlə qarşılaşırsan. Buna görə ətrafa rəngli divarlar vururlar ki, mövcud yoxsulluğu görməyəsən. Ancaq ehtiyacınız olan hər şeyə sahib bir şəhərdir. Burada darıxmaq mümkünsüzdür.
- Bəzi Avropa klublar maaşları azaltdı. Azərbaycanda da belədir?
- Xeyr. Bizə hələ heç nə deməyiblər. Sadəcə çempionat dayandırılıb.
- Premyer Liqanın səviyyəsi necədir?
- Azərbaycan çempionatı Kiprdən aşağı səviyyədədir. Çünki orada da oynadığım üçün müqayisə apara bilərəm. Çempionlar Liqası və Avropa Liqasında oynayan "Qarabağ" var. Növbəti mövsüm biz də avrokuboklara iddia edirik, amma çempionat hazırda dayandırılıb. Necə olacağını da bilmirik.
- Azərbaycandan sizə təklif gələndə dərhal razılaşdınız?
- İlk reaksiyam ölkənin harda olduğunu, kimlərlə sərhəddə yerləşdiyini bilmək üçün xəritəyə baxmaq oldu.Bu barədə həyat yoldaşımla müzakirə etdim və sonra razılaşdım
- Mövsümün sonunda müqaviləniz başa çatır?
- Bəli, bir illik müqaviləm var. Mövsüm başa çatanda nə olacağını bilmirəm. Sözləşməm mayın sonunda bitir.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta