Ronaldinyonun lüks ev dustaqlığı - Şəkillər

Ronaldinyonun lüks ev dustaqlığı - Şəkillər
XƏBƏR 9 Aprel 2020 / 11:46 5363
-  A +

32 gün həbsdə qalan Ronaldinyo və qardaşının ev dustaqlığı prosesi başlayıb.

Qol.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 1,6 milyon girov müqabilində türmədən çıxan əfsanəvi oyunçu qardaşı ilə birgə Paraqvayda polis nəzarətindədir. O, ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir. Ronaldinyo otelin ən bahalı nömrəsi sayılan Prezident nömrəsini seçib. Bu nömrə üçün 24 saat ərzində xidmət göstərilir. Həmçinin otelin damında xüsusi basseyn var. 40 yaşlı Ronaldinyo kokteyl bar, trenajor zalı və sairdən də istifadə edə bilər.

Qeyd edək ki, həmin oteldə adi nömrələrin qiyməti  pandemiyaya görə hazırda  100 avroya düşüb. Amma normalda qiymət indikindən 3-4 dəfə baha olur.

Xatırladaq ki, Ronaldinyo ötən ayın əvvəli saxta pasportla Paraqvaya daxil olduğuna görə həbs edilmişdi.














Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı