"Bayer"dən rəsmi transfer

"Bayer"dən rəsmi transfer
DÜNYA FUTBOLU 8 Aprel 2020 / 22:12 2548
-  A +

"Bayer" yeni mövsüm üçün ilk transferini edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi üçüncü Bundesliqada çıxış edən "Kayzerslautern"in qapıçısı Lennart Qrill ilə 4 illik müqavilə imzalayıb. Onun bu mövsüm başa çatdıqdan sonra komandaya qoşulacağı bildirilib.

Qeyd edək ki, L.Qrill bu mövsüm bütün liqa matçlarında oynayıb. 21 yaşlı qolkiper Almaniyanın U-21 millisinin də şərəfini qoruyur.


Son xəbərlər