Mourinyo səhvini etiraf etdi

Mourinyo səhvini etiraf etdi
DÜNYA FUTBOLU 8 Aprel 2020 / 21:51 3042
-  A +

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo parkda qrup halında məşq keçməklə səhv etdiyini etiraf edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı deyib:

"Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyələrinə əməl etməlidir.Səhiyyədə çalışan qəhrəmanlarımızı dəstəkləməli və hamımız həyat xilas etmək üçün  üzərimizə düşəni etmək məcburiyyətindəyik".

Xatırladaq , Mourinyo London parklarının birində futbolçular Tanqay N’Dombele, Rayan Sesenyon və Davinson məşq edərkən görüntülənmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın