Sabiq "Liverpul"lu qızı ilə birgə qəzaya düşdü

Sabiq "Liverpul"lu qızı ilə birgə qəzaya düşdü
XƏBƏR 8 Aprel 2020 / 15:52 2609
-  A +

"Liverpul"un sabiq futbolçusu Con Arne Rise və qızı avtomobil qəzasına düşüblər.

Qol.az xəbər verir ki, norveçli veteran müdafiəçisi ölkəsindəki Alesund qəsəbəsinin bir neçə kilometr şərqində yerləşən evinə gedərkən qəzaya uğrayıb. Risenin idarə etdiyi maşın yolu keçmək istəyən digər nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildikdən sonra onlar bu gün səhər evə buraxılıblar.

Norveç polisi sabiq futbolçu və qızının yaxşı durumda olduğunu açıqlayıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Yon Arne Rise karyerasını 2016-cı ildə bitirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord