"Barselona" Koutinyoya 90 milyon qiymət qoydu

"Barselona" Koutinyoya 90 milyon qiymət qoydu
DÜNYA FUTBOLU 8 Aprel 2020 / 11:30 1739
-  A +

“Barselona” futbolçusu Koutinyonun satış qiymətini müəyyənləşdirib.

Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu hazırda “Bavariya”da icarədə olan braziliyalı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır. Klubun gözlənilən maliyyə böhranına görə qiyməti azaltmaq niyyətində olmadığı da bildirillib.

İngiltərə Premyer Liqa təmsilçilərindən bir neçəsi Koutinyonu icarəyə götürmək istəyir. “Barselona” isə yalnız sonradan futbolçunu birdəfəlik transfer etmək şərti ilə onu göndərməyə hazır olduqlarını  bildirib.

Qeyd edək ki, Koutinyo ilə “Çelsi”, "Mançester Yunayted", "Lester", "Arsenal" və "Tottenhem"in  maraqlandığı iddia olunur.

Son xəbərlər