İngiltərə Premyer Liqasında mövsüm ləğv oluna bilər

İngiltərə Premyer Liqasında mövsüm ləğv oluna bilər
DÜNYA FUTBOLU 7 Aprel 2020 / 22:10 2551
-  A +

“Futbol dünyası təxmin edə bilməyəcəyimz maliyyə böhranının içindədir. Klublarımızı və çempionatlarımızı itirmək riskiylə üz-üzəyik”.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Klark deyib.

O, koronavirus pandemiyası ilə bağlı federasiya rəsmiləri ilə birgə keçirdikləri videokonfransda bədbin danışıb. Bildirib ki, Premyer Liqada mövsümün bərpa olunmaya bilər: “Çempionatları bərpa etməyi çox istəyirik. Amma böyük bir qeyri-müəyyənlik içindəyik. Bu üzdən cari mövsümü bərpa etməyə də bilərik. Çünki bizim üçün önəmli olan futbol yox, insanların həyatıdır".

Qeyd edək ki, İngiltərədə liqalar martın 13-də dayandırılıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord