COVID-19 (koronavirus) səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq məqsədilə Kontakt Home mağazalar şəbəkəsi xüsusi rejimli Qobustan və Masallı Rayon Mərkəzi Xəstəxanalarına elektronika məhsulları yollayıb.
Qol.az-a şirkətdən verilən məlumata görə, məhsullar göndərilməzdən öncə xəstəxanaların ehtiyacları öyrənilib. Xəstəxanalardan verilən məlumata əsasən, pasientlərin ən çox ehtiyac duyduqları əşyalar əyləncə, musiqi ilə bağlı elektronika məhsullarıdır. Bu ehtiyacları qarşılamaq üçün şirkət qeyd olunan xəstəxanalara smart televizorlar, AiləTV paketləri, musiqi mərkəzləri və portativ aksutika məhsulları göndərib.
“Əlbəttə ki, fədakar tibb işçilərimiz bu dəqiqə onların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Amma deyirlər xoş əhval-ruhiyyə də immuniteti gücləndirir. Ona görə soydaşlarımızın əhvalını xoş tutmaq, onları pozitiv dalğaya kökləmək və özlərini evindəki kimi hiss etmələri vacibdir. Kontakt Home ailəsi olaraq onlara öz kiçik qayğımızı göstərmək istədik və lazım olacağını düşündüyümüz əşyaları yolladıq” deyə Kontakt Home-un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.
Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Ötən günlərdə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şirkət “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq bütün müştərilərinin aylıq kredit ödənişlərinə 1 aylıq güzəşt tətbiq etmişdi. Şirkət öz fəaliyyətində də təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə www.kontakt.az saytından onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur