"Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər?"

"Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər?"
XƏBƏR 6 Aprel 2020 / 15:12 2387
-  A +

Daha bir futbolçu fransalı həkimlərin koronavirus pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya verib.

Qol.az xəbər verir ki, “Bavariya”nın müdafiəçisi David Alaba bu ideyanı irəli sürənləri təlxək adlandırıb.
 
İnstaqramda bu barədə paylaşım edən Nigeriya əsilli avstriyalı futbolçu bu cür irqçilik edilməsinin utancverici olduğunu deyib: "Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? Heç vaxt belə irqçiliyi təsəvvür edə bilməzdim. Bu, utandırıcı və yolverilməzdir. Koronavirusa qarşı mübarizə aparmaq üçün hamımız bir araya gəlib çiyin-çiyinə çalışmalıyıq" deyə Alaba vurğulayıb”.

Xatırladaq ki, Didye Droqba və Samuel Eto’O da fransalı həkimlərin bu təklifinə kəskin etiraz etmişdi.

Daha çox


Son xəbərlər