Hacının oğlu böyük klubların marağında

Hacının oğlu böyük klubların marağında
DÜNYA FUTBOLU 6 Aprel 2020 / 11:55 2658
-  A +

Rumıniya futbolunun canlı əfsanəsi Goergi Hacının oğlu Yanis Hacını transfer etmək istəyən klubların sayı artır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” və “Mançester Siti” də “Genk”in hücumçusu ilə maraqlanır. Bu barədə 21 yaşlı futbolçunun meneceri Covani Bekali açıqlama verib.

O, “Tottenhem”in baş məşqçisi Joze Mourinyo, “Mançester Siti”nin idman direktoru Txiki Beqiristainin onunla əlaqə saxlayaraq, Yanislə maraqlandığını bildirib. Bekali Yanisin bu iki klubdan birinə keçəcəyi halda, daha da güclü futbolçu olacağını deyib.

Qeyd edək ki, müqavilə ilə Belçikanın “Genk” klubuna məxsus olan Yanis Hacı, bu ilin yanvar ayında Şotlandiyanın “Reyncers” klubuna icarəyə göndərilib.  O, bu komandada Avropa Liqasında  3 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı