Di Françesko AFFA-dan təklif alıb? - Özü açıqladı

Di Françesko AFFA-dan təklif alıb? - Özü açıqladı
ÖLKƏ FUTBOLU 6 Aprel 2020 / 10:50 3481
-  A +

“Roma”nın sabiq baş məşqçisi Eusebio Di Françesko Azərbaycan yığmasını çalışdıra bilər.

Qol.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Fotospor” nəşri yayıb. İtaliyalı mütəxəssislə “Fənərbaxça”nın da danışıq apardığı, lakin onun AFFA-dan təklif aldığı üçün hələ qərar vermədiyi bildirilib.

Di Françesko özü isə “Football italia”ya açıqlamasında təkliflər aldığını və onların arasında bir milli komanda olduğunu da açıqlayıb.

Qeyd edək ki, Di Françesko 2017-19-cu illərdə “Roma”nı çalışdırıb. Ötən il “Sampdoria”nın baş məşqçisi olan 50 yaşlı məşqçi komandanın uğursuz sıxışına görə istefaya göndərilib.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"