Azərbaycanda koronavirusdan daha 2 nəfər öldü - Xüsusi xəbər

Azərbaycanda koronavirusdan daha 2 nəfər öldü -  Xüsusi xəbər
XƏBƏR 5 Aprel 2020 / 19:30 3523
-  A +

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olmuş,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, bununla Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin sayı 7-ə çatıb.


Son xəbərlər