Komendant saatını pozan serbiyalı hücumçu saxlanıldı

Komendant saatını pozan serbiyalı hücumçu saxlanıldı
XƏBƏR 4 Aprel 2020 / 18:20 1614
-  A +

Serbiya polisi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçu Aleksandar Priyoviçi saxlayıb.

Qol.az “Reuters”ə istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun ölkəsi Serbiyada komendant saatını pozması səbəb olub.

O, yerli vaxtla 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul edib. Onların hamısını polis saxlayıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif vaxtlarda komendant saatı tətbiq edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı