Dünyanın bütün sahələrinə, o cümlədən futbola ciddi təsir göstərmiş Covid-19 virusunun meydana gətirdiyi problemlərdən minimum ziyanla çıxmaq üçün UEFA və FİFA səviyyəsində bir sıra video konfranslar keçirilir, müzakirələr aparılır. Belə konfranslardan biri 3 aprel tarixində Avropa Peşəkar Futbol Liqalarına üzv liqalar arasında baş tutub.
Qol.az-ın məlumatına görə, bu haqda Azərbaycan Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir.
Qitənin futbol üzrə lider ölkələrindən İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti Lars Krister Olsenin başçılığı ilə reallaşıb. Təşkilatın aktiv üzvlərindən biri kimi Azərbaycan Peşəkar Futbol Liqası da video konfransda nümayəndə ilə təmsil olundu və öz təkliflərini verib, liqalardakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.
Konfransda UEFA, EPFL (Avropa Peşəkar Futbol Liqaları) və ECA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzasıyla üzv ölkələrə 2 aprel tarixində ünvanladığı məktubda qeyd olunan məsələlər əsas müzakirə mövzusu olub. Məktubda yerli çempionatların vaxtından öncə, reqlamentə əsasən bütün oyunlar oynanılmadan başa vurulmasının düzgün olmadığı bildirilirib. Konfransda iştirak edən Belçika Pro Liqa təmsilçisi onların 2 apreldə çempionatın hazırkı göstəricilərlə yarımçıq başa vurulması ilə bağlı təklif xarakterli qərarı barədə də konfrans iştirakçılarına və təşkilata geniş icmalda məlumat verib.
Bu və digər məqamlardan irəli gələn məsələlərlə bağlı aşağıdakı məqamlar məsləhət görülüb:
- EPFL öz üzvlərini hər şey məlum olmadan 2019/20 mövsümünün başa çatması və 2020/21 mövsümünün başlaması ilə bağlı qərar verməkdə tələsməməyə çağırır;
- Yarışların ədalətli davamlılığını fərdi maraqlara qarşı qorumaq hər bir liqanın məsuliyyətidir;
- Bütövlüyü qorumaq üçün hər bir liqanın atdıqları bütün addımları EPFL ilə koordinasiya etməsi vacibdir;
- Əgər həmin ölkədə icazə verilir və razılaşdırılıbsa, yerli çempionatlar mümkün qədər tez davam etməyə başlaya bilər. Bu, təbii ki, rəsmilərin icazəsi və yarışların keçirilməsi zamanı iştirakçı olan hər bir kəs üçün tamamilə təhlükəsiz şərait olduqda baş verəcək;
- Yerli çempionatlar 2020/21 UEFA yarışları üçün seçmə mərhələlər başlamadan tamamlanmalıdır;
- Yerli çempionatların 2020/21 mövsümünün sentyabrın ortasından gec və UEFA yarışlarının oktyabrın ortasından sonra başlaması real görünmür.
Əlavə olaraq bildirmək istərdik ki, EPFL üzvləri UEFA nəzdində yaradılan 2 işçi qrupda iştirak edərək üzv ölkələrin maraqlarını müdafiə edir. 1-ci işçi qrup dayandırılan yerli çempionatların və UEFA səviyyəli yarışların davam etdirilməsi üçün yekun optimal oyun cədvəli variantını may ayının ortasına kimi hazırlayıb təqdim edəcək. Ancaq bu, epidemiyanın indiki vəziyyətinə görə nəzərdə tutulan tarixdir və işçi qrup gedişatın hər hansı formada dəyişə biləcəyini də nəzərə alaraq son tarix kimi may ayının ortasına kimi işini davam etdirəcək. Bu səbəbdən federasiyalar, assosiasiyalar və liqalara tələsik qərar verməmələri, çempionatlarını başa vurmaları üçün hazırda yetərincə zaman olduğu bildirilib.
Azərbaycan Peşəkar Futbol Liqası isə öz növbəsində liqaların davam etdirilməsinin elə ilk gündən tərafdarı olduğunu vurğulayıb. Bildirilib ki, hazırda ölkəmizdə bütün idman qurğuları bağlıdır. İdman ictimaiyyəti dövlətin virusa qarşı apardığı mübarizənin tərkib hissəsidir. Əlavə olunub ki, ölkədəki vəziyyətdən və dövlət səviyyəsində verilən qərarlardan asılı olaraq çempionat bərpası ən tez mümkün tarixə qədər saxlanılıb.
“Klubların durumu, maraqları, fikirləri bizim üçün çox önəmlidir və onlarla məsləhətləşmələr aparıldıqdan sonra qərar verəcəyimizi diqqətə çatdırdıq” – deyə məlumatda qeyd edilir.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi