"Bavariya" Fliklə yeni müqavilə imzaladı

"Bavariya" Fliklə yeni müqavilə imzaladı
XƏBƏR 3 Aprel 2020 / 19:41 1522
-  A +

"Bavariya" baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Flik 2019-cu ilin iyulundan Münhen təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Bundesliqada 25 turdan sonra 1-ci pillədə qərarlaşıb. "Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə ilk matçda 3:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər