Messinin şəxsi təyyarəsi məcburi eniş etdi

Messinin şəxsi təyyarəsi  məcburi eniş etdi
XƏBƏR 3 Aprel 2020 / 17:57 3150
-  A +

"Barselona"nın hücumçusu Lionel Messinin şəxsi təyyarəsi  Brüssel aeroportunda məcburi eniş edib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tenerifeyə yola düşməli olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən təyyarə Brüsseldə məcburi eniş edib.  Argentinalı futbolçu və ailəsinin təyyarədə olub-olmaması barədə məlumat yoxdur. Brüssel aeroportunun məxfiliyi saxladığı və hadisənin təfərrüatları açıqlamadığı bildirilib.

Qeyd edək ki, Lionel Messi təyyarəni iki il əvvəl 13 milyon avroya alıb.


Son xəbərlər