Superliqa nə vaxt bərpa olunur? - Federasiyadan açıqlama

Superliqa nə vaxt bərpa olunur? -  Federasiyadan açıqlama
XƏBƏR 3 Aprel 2020 / 16:10 2653
-  A +

Türkiyə Superliqası iyuna qədər bərpa olunmayacaq.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Çempionatın ən tezi iyunun əvvəlindən davam edə biləcəyi qeyd olunub:

“Bizim üçün insan sağlamlığı hər şeydən önəmlidir. Çempionatların tamamlanmasını istəyirik. Ancaq yarışların iyuna qədər bərpası gözlənilmir. Komandaların hazırlığı və koronavirusla bağlı ölkədəki gedişatı nəzərə alaraq, yarışlara iyunun əvvəlində başlaya bilərik. Hazırda dövlət bunun üçün bir sıra çalışmalar edir”.

Qeyd edək ki, koronavirusa görə 26-cu turda dayandırılan Superliqaya 53 xalla “Trabzonspor” başçılıq edir.


Son xəbərlər