Əmrə karyerasını bitirir

Əmrə karyerasını bitirir
XƏBƏR 3 Aprel 2020 / 13:30 2157
-  A +

"Fənərbaxça"nın kapitanı Əmrə Bəlözoğlu mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır.

Qol.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi bunu "Hürriyet"ə açıqlamasında özü deyib. Türkiyə millisinin üzvü Avro-2020-də iştirak etmək istədiyini, amma bu il baş tutmayacağı üçün məyus olduğunu bildirib:

"Futboldan danışıramsa, məyusam. Avropa çempionatında olmağı çox istəyirdim. Ancaq qismət deyilmiş. Özüm üçün nə qədər üzgünəmsə, zədəsi olan və yaya qədər sağalmayacaq qardaşlarım üçün sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah xəyallarımdan da böyük karyera nəsib edib mənə. Onların da məndən gözəl karyera qurmalarını arzu edirəm".

Qeyd edək ki, "Fənərbaxça"dan başqa, "Qalatasaray", "İnter", "Nyukasl", "Atletiko" və "Başakşəhər"də də çıxış etmiş Əmrə Türkiyə millisində 101 oyun keçirib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"