"Pandemiyadan sonra futbol tamam fərqli olacaq" - İnfantino

"Pandemiyadan sonra futbol tamam fərqli olacaq" -  İnfantino
DÜNYA FUTBOLU 3 Aprel 2020 / 10:54 2566
-  A +

"Futbol mütləq geri qayıdacaq və onda kabusun bitdiyini başa düşəcəyik. Ancaq bir şey aydındır ki, futbol tamam fərqli olacaq”.

Qol.az xəbər verir ki, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino “Reuters”ə açıqlamasında deyib. O, koronavirus pandemiyasına görə dayandırılan futbolun bərpa olunduqdan sonra daha sosial və birləşdirici olacağını bildirib:

“Təkəbbür futbolu tərk edəcək və xoş niyyət gələcək. Biz daha insanpərvər, ən vacib dəyərlərə daha diqqətli olacağıq”.

İnfantino onu da qeyd edib ki, futboldan əvvəl insanların sağlamlığı düşünülməlidir: "Təbii ki, hamımız futbolun yenidən başlamasını istəyirik. Ancaq bunun nə zaman gerçəkləşəcəyini bilmirik. Sağlamlıq hər şeydən əvvəl gəlir. Bu pandemiyaya qalib gələnə qədər də əsas məqsədimiz məhz sağlamlığın qorunmasıdır. Səhiyyə əməkdaşlarının tələblərinə əməl etmək lazımdır. Heç bir oyun insan həyatından önəmli deyil. Gələcəklə bağlı hazırlıqlarımı bu düşüncə ilə görürük".

Son xəbərlər