Koronavirusa görə müqaviləsi ləğv olundu

Koronavirusa görə müqaviləsi ləğv olundu
XƏBƏR 30 Mart 2020 / 13:24 1956
-  A +

Türkiyənin “Konyaspor” klubu futbolçusu Robert Makla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Slovakiyalı yarımmüdafiəçi koronavirus pandemiyasına görə ailəsinin yanında olmaq istədiyini kluba bildirib. Buna görə də, Makın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, yanvarda “Zenit”dən “Konyaspor”a keçən 29 yaşlı futbolçunun müqaviləsi mövsümün sonuna qədər idi.


Son xəbərlər