Ronaldo, Özil Mourinyonun simvolik yığmasında

Ronaldo, Özil Mourinyonun simvolik yığmasında
XƏBƏR 30 Mart 2020 / 10:45 2648
-  A +

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo daha əvvəl birgə çalışdığı ən yaxşı futbolçulardan ibarət olan simvolik yığmanı açıqlayıb.

Qol.az "Manchester Evening News"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Portu" (2002-2004), "Çelsi" (2004-2007 və 2013-2015), "İnter" (2008-2010), "Real" (2010-2013) və "Mançester Yunayted"də ( 2016-2018) baş məşqçi olduğu dönəmlərdə ən yaxşı aşağıda adları qeyd olunan futbolçuları hesab edib:

Qapıçı: Petr Çex ("Çelsi")

Müdafiəçilər: Havyer Dzanetti ("İnter"), Con Terri ("Çelsi"), Rikardu Karvalyu ("Portu", "Çelsi", "Real"), Vilyam Qallas ("Çelsi")

Yarımmüdafiəçilər: Klod Makelele ("Çelsi"), Frenk Lempard ("Çelsi"), Məsut Özil ("Real")

Hücumçular: Eden Hazard ("Çelsi"), Kriştiano Ronaldo ("Real"), Didye Droqba ("Çelsi")

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı