Avro-2022-nin püşkatmasının vaxtı dəyişdirildi

Avro-2022-nin püşkatmasının vaxtı dəyişdirildi
XƏBƏR 29 Mart 2020 / 18:48 1323
-  A +

Futzal üzrə Avro-2022-nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib. 
 
Qol.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb koronavirus pandemiyasıdır.
 
Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.
 
Qeyd edək ki, Avro-2022-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

Son xəbərlər