Essyen müqaviləsi bitdikdən sonra da "Səbail"də qala bilər

Essyen müqaviləsi bitdikdən sonra da "Səbail"də qala bilər
ÖLKƏ FUTBOLU 29 Mart 2020 / 17:30 2683
-  A +

Mövsümün sonunda “Səbail”lə müqaviləsi başa çatacaq Maykl Essyen Azərbaycanda qala bilər.

Qol.az xəbər verir ki, bu barədə Qana mətbuatı məlumat yayıb.

Qanalı yarımmüdafiəçinin futbolçu karyerasını başa vurub, məşqçiliyə başlayacağı bildirilib. "Səbail" rəhbərliyinin 38 yaşlı ulduz futbolçuya U-19 komandasını çalışdırmağı təklif etdiyi qeyd olunub.

Xatırladaq ki, "Səbail"ə ötən il in martında İndoneziya təmsilçisi "Persib Bandunq"dan keçən Maykl Essyen daha əvvəl “Çelsi”, “Real” və “Milan” kimi klublarda oynayıb.

Daha çox


Son xəbərlər