“Roma”dan səhiyyə işçilərinə jest

“Roma”dan səhiyyə işçilərinə jest
DÜNYA FUTBOLU 29 Mart 2020 / 16:50 1299
-  A +

İtaliyanın “Roma” klubu nümunəvi addımı ilə gündəmə gəlib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi koronavirus pandemiyası ilə mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinin şərəfinə bir sıra addımlar atıb.

Komandanın çempionat bərpa olunduqdan sonra keçirəcəkləri ilk ev oyununu həkimlərə həsr edəcəyi bildirilir. Bunun üçün klub həkimlərə 5000 pulsuz bilet ayıracaq. Bundan başqa, "canavarlar" növbəti mövsümdən etibarən səhiyyə işçiləri üçün yeni və endirimli biletlər hazırlamağı planlaşdırır.

Xatırladaq ki, daha əvvəl klub pandemiya ilə mübarizə üçün maddi yardım aksiyası başlatmış, futbolçular və texniki heyət bir günlük məvaciblərini toplayaraq, xəstəxanalara bağışlamışdı.

Əlavə edək ki, İtaliyada 50-dən çox səhiyyə işçisi koronavirusun qurbanı olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın