PSJ-yə keçsə, ilinə 10 milyon avro qazanacaq

PSJ-yə keçsə, ilinə 10 milyon avro qazanacaq
DÜNYA FUTBOLU 27 Mart 2020 / 21:37 3094
-  A +

PSJ "Napoli"nin müdafiəçisi  Kalidu Kulibali transferi ilə bağlı danışıqları davam etdirir.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Paris təmsilçisinin 28 yaşlı oyunçuya 2025-ci ilin yayına qədər müqaviləni təklif etməyə hazır olduğu bildirilib. Seneqallı futbolçu PSJ-yə keçməyə razılıq versə, onun illik maaşı 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Napoli"nin Kulibalini ən azı 100-110 milyon avroya satmaq istədiyi iddia olunur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord