"Messi də Neymardan üstün deyil" - Kafu

"Messi də Neymardan üstün deyil" -  Kafu
DÜNYA FUTBOLU 27 Mart 2020 / 17:00 3073
-  A +

Braziliya millisinin sabiq futbolçusu Kafu həmyerlisi Neymarı təriflləyib.

Qol.az xəbər verir ki, o, millinin hazırkı liderini dünyanın ən yaxşısı adandırıb. Keçmiş müdafiəçi hesab edir ki, PSJ-nin hücumçusu ustalıq baxımından "Barselona"nın kapitanı Lionel Messidən də güclüdür. Lakin yığmanın keçmiş kapitanı Neymarda liderlik bacarığının olmadığını bildirib:

"Bacarıq baxımından dünyada heç bir oyunçu Neymardan üstün deyil.  Hətta Messi də. Baxmayaraq ki, argentinalını sevirəm. Neymar meydanda fərqlənməyi bacarır. Məsuliyyəti üzərinə götürməlidir. Onda çatışmayan cəhət liderlik bacarığının olmamasıdır. Neymar Braziliyanın ümididir. O, rəqibin səkkiz futbolçusunu geridə qoymağı bacarır. Bu, Neymarın yadplanetli olduğunu sübut edir".

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın