Marselo "Yuventus"a keçə bilər

Marselo "Yuventus"a keçə bilər
DÜNYA FUTBOLU 27 Mart 2020 / 14:18 2180
-  A +

“Real”ın futbolçusu Marselo karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” braziliyalı müdafiəçinin xidmətində maraqlıdır.

Qeyd olunub ki, komandanın baş məşqçisi Mauritsio Sarri müdafiəni gücləndirmək üçün Marselonun alınmasını klub rəhbərliyinə bildirib.

Digər bir xəbərdə isə 31 yaşlı futbolçunun Turin kubuna keçmək istədiyi  halda, “Real”ın bu transferə mane olmayacağı bildirilir.

Qeyd edək ki, Braziliya millisinin üzvü 13 ildir “Real”ın şərəfini qoruyur. 2007-ci ildən bu klubda çıxış edən futbolçu bir çox titula sahib olub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı