"Azərbaycanda insanların sevgisini qazandım" - "Netçi"nin sabiq futbolçusu

"Azərbaycanda insanların sevgisini qazandım" -  "Netçi"nin sabiq futbolçusu
XƏBƏR 24 Mart 2020 / 14:40 2773
-  A +

"İstəsəydim, evimin yanında olan bir klubda 10 il oynayardım. Şərtlər məni ekzotik ölkələrə apardı. Məncə, xaricə yollanmaq həyatımın ən yaxşı qərarı idi".

Qol.az xəbər verir ki, bu sözləri  "Neftçi"nin sabiq futbolçusu İqnasio Errera deyib.

Çilili yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində Azərbaycanda oynamaqla yaxşı təcrübə qazandığını bildirib: "Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım, olduğum yerlərdə insanların sevgisini qazandım. Bunların mənə qazandırdığı mədəniyyət təcrübəsi inanılmazdır. Bu, futbol oynamaqdan və davamlılığı təmin etməkdən yaxşıdır".

Qeyd edək ki, İqnasio Errera 2017-2018-ci illərdə "Neftçi"də çıxış edib. 33 yaşlı futbolçu hazırda  Ekvadorun "Musuk Runa" kubunda oynayır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı