"Barselona" bu ay Messiylə müqavilə bağlaya bilər

"Barselona" bu ay Messiylə müqavilə bağlaya bilər
XƏBƏR 21 Mart 2020 / 12:29 1299
-  A +

"Barselona" bu ayın sonunadək futbolçusu Lionel Messi ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Qol.az "AS"a istinadən xəbər verir ki, argentinalı hücumçunun  Kataloniya klubu ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, o, bu yay klubu tərk edə bilər. Buna görə də "Barselona" 32 yaşlı futbolçunun sözləşməsini uzadıb, komandada saxlamaq üçün bütün şəraitləri yaratmaq niyyətindədir.

Xəbərdə o da qeyd olunub ki, Messinin son vaxtlar klub rəhbərliyi ilə münasibətləri yaxşılaşıb.

Qeyd edək ki, bundan əvvəl komandanın sabiq hücumçusu Neymarın qayıtması L.Messini komandadan ayrılmaq fikrindən daşındıra biləcəyi  bildirilmişdi.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı