Olimpiya məşəli Yaponiyada - Şəkillər

Olimpiya məşəli Yaponiyada -  Şəkillər
XƏBƏR 20 Mart 2020 / 13:42 1888
-  A +

Olimpiya Oyunlarının məşəli Yunanıstandan Yaponiyayanın şimal-şərqində yerləşən Miyaqi bölgəsinə aparılıb.

Qol.az xəbər verir ki, məşəlin qarşılanma mərasimində Tokio 2020 Təşkilat Komitəsinin sədri Yesiro Mori, Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita, cüdo üzrə üçqat olimpiya çempionu Tadahiro Nomura və sərbəst güləş üzrə üçqat olimpiya çempionu Saori Yesida iştirak edib.

Martın 26-dan Yaponiyada məşəlin estafeti başlayacaq. Lakin yerli hökumət orqanları koronavirusun yayılma təhlükəsinə görə insanları estafetin marşrutu boyunca kütləvi cərgəyə düzülməkdən çəkinməyə çağırıb.

Yunanıstanda məşəlin alovlandırma mərasimi isə ilk dəfə azarkeşsiz keçirilib. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, 32-ci Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.

 








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord