“Rəşadla Azərbaycan futbolunda yeni səhifə açmaq lazımdır” - Haciyevski

“Rəşadla Azərbaycan futbolunda yeni səhifə açmaq lazımdır” - Haciyevski
ÖLKƏ FUTBOLU 15 Mart 2020 / 10:00 3693
-  A +

“Məncə, bu dəfəki qrup daha güclüdür. Çünki Monteneqro, Kipr və Lüksemburq milliləri Malta, Farer adaları və Kosovodan güclüdür. Ona görə də çətin olacaq”.

Bunu Azərbaycan milisinin sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubunu çalışdıran makedoniyalı 64 yaşlı mütəxəssis Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda mübarizə aparan Azərbaycan millisinin şanslarını dəyərləndirib. O bildirib ki, hər 3 rəqib güclüdür:

“Monteneqro çox yaxşı komandadır. İtaliya, İspaniya və Fransada futbolçuları oynayır. Stefan Yovetiç, Stefan Saviç, Nikola Vukçeviçi buna misal gətirmək olar. Məncə, Azərbaycan millisinin qrupunda əsas favorit elə bu komanda olacaq. Kipr də futbol ölkəsidir. Yerli liqaları güclüdür, APOEL, “Anortosis”, “Omoniya” və “Apollon” kimi güclü klubları var. Elə bu komandalar Kipr millisi üçün yaxşı futbolçular verir. Lüksemburq yığmasına gəlincə, onlar əvvəlki kimi deyil. Son illərdə çox yaxşı futbol oynayırlar. Böyük komandalar da onlara qarşı çətin oyun keçirir. Amma Monteneqro və Kipr Lüksemburqdan güclüdür. Unutmayın ki, onlar seçmə oyunlarda sürpriz nəticələr ediblər. Bütün bunların əsasında Azərbaycan millisinin hansı nəticə göstərəcəyini deyə bilməyəcəm. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

Haciyevski adı yığma komandamızın baş məşqçi namizəd kimi çəkilən Rəşad Sadıqov haqda da danışıb. Onun fikrincə, Azərbaycan futbolunda yeni səhifə açılmalıdır: “Rəşad Sadıqov Azərbaycan millisinin baş məşqçisi təyin edilərsə, məncə, yaxşı qərar olardı. Çünki o, bütün azərbaycanlı futbolçuları yaxşı tanıyır. Özü də super futbolçudur, əla kapitandır. Yeri gəlmişkən, şadam ki, vaxtilə onu milliyə qaytardım. Rəşad iddialıdır, sadəcə yığmanın “sükanı arxasına” keçərsə, yaxşı köməkçilər seçməlidir. Azərbaycan futbolunda yeni səhifə açmaq lazımdır” (apasport.az).

Daha çox


Son xəbərlər