“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır” – Marko van Basten

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır” – Marko van Basten
DÜNYA FUTBOLU 29 Fevral 2020 / 09:40 4268
-  A +

Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten Kriştiano Ronaldo – Lionel Messi müzakirəsinə qoşulub.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, Ronaldonun əla oyunçu oldunu bildirsə də, Lionel Messini daha üstün tutub:

“Kim ki, Ronaldonun Messidən güclü olduğunu iddia edirsə, deməli, ya futboldan başı çıxmır, ya da səmimi deyil. Messi qeyri-adi və təkrarolunmazdır. Belə futbolçular 50, 100 ildə bir yetişirlər. O, dahi kimi doğulub. Mən 28 yaşımda futbol oynamağı bitirdim. O vaxta kimi 3 “Qızıl top” qazanmışdım. Ronaldo və Messinin səviyyəsinə baxın. Yaşlar 30-u keçib”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı