Sadio Tounkara Nurlan Novruzovun komandasında

Sadio Tounkara Nurlan Novruzovun komandasında
XƏBƏR 28 Fevral 2020 / 12:50 3835
-  A +

“Zirə”nin sabiq futbolçusu Sadio Tounkara karyerasını Estoniyada davam etdirəcək.

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Trans” klubuna keçib. Bu barədə Narva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Malili futbolçu ilə mövsümün sonuna qəcər müqavilə imzalanıb.

Tounkara ölkəmizdə “Xəzər Lənkəran” (2012-2015), AZAL (2016-2017) və “Zirə”də (2017-2019) çıxış edib. 2019-cu ilin yayında “Zirə”dən ayrılan yarımmüdafiəçi klubsuz idi.

Qeyd edək ki, "Trans"da azərbaycanlı futbolçu Nuran Novruzov da çıxış edirdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı