Peşəkar futbolçuda koronavirus aşkarlandı

Peşəkar futbolçuda koronavirus aşkarlandı
XƏBƏR 27 Fevral 2020 / 16:32 6603
-  A +

İtaliyanın C Seriyasında çıxış edən klublardan birinin futbolçusunda koronavirus aşkarlanıb.

Qol.az "La Nazione" nəşrinə istinadən xəbər verir ki, Siena əyalətində yaşayan futbolçunun adı və hansı komandada oynaması hələlik açıqlanmayıb. Həmin şəxsin koronavirusa yoluxmuş ilk peşəkar futbolçu olduğu bildirib.

Oyunçunun ötən bazar qızdırma səbəbindən komandasının sifariş ərizəsində yer almadığı bildirilib. Daha sonra həkimlər onu koronavirus testindən keçiriblər və nəticələr müsbət çıxıb. Bu barədə dərhal onun klubuna məlumat göndərilib. Təcili tibbi yardım oyunçunu Sienadakı yoluxucu xəstəliklər şöbəsinə aparıb.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusa yoluxanların sayı 453 nəfərə çatıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı