“Mançester Siti” CAS-a şikayət etdi - Rəsmi

“Mançester Siti”  CAS-a şikayət etdi - Rəsmi
DÜNYA FUTBOLU 26 Fevral 2020 / 20:59 2959
-  A +

“Mançester Siti” UEFA-nın verdiyi cəzaya etiraz olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.İngiltərə təmsilçisi iki il avrokuboklardan uzaqlaşdırılması və  30 milyon avro məbləğində cərimələnməsi ilə bağlı qərarlarla razılaşmadığını bildirib.

CAS rəsmi saytı vasitəsi ilə "Siti"nin şikayətini qəbul etdiyini açıqlayıb. Ancaq bununla bağlı müzakirələrin nə vaxt olacağı ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, UEFA 2012-16-cı illərdə maliyyə feyr-pley qaydasını pozduğu üçün “Mançester Siti”ni qarşıdakı 2 mövsümdə Avropa kuboklarına buraxmamaq haqda qərar verib.


Son xəbərlər