"Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm" - Tahir Gözəl

"Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm" - Tahir Gözəl
ÖLKƏ FUTBOLU 26 Fevral 2020 / 19:16 2418
-  A +

"Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridir. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı komandasının futbolçuları ilə keçirdiyi tədbirdəki çıxışında deyib.

O bildirib ki, düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. "Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bu gün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" Futbol Klubu fərqli missiya daşıyır" - deyə o bildirib.

Klub rəhbərinin sözlərinə görə, "Qarabağ" Futbol Klubunun məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdir: "Tam səmimi deyirəm, əsas məqsədimiz budur. Bizim məqsədimiz klubun adına xidmət etməkdir. Necə? Klub adına uğurlu futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. "Qarabağ" FK üçün mənəviyyat hər şeydən daha önəmlidir. Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, uğurlarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı soyqırımı nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədir".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord