"Real"a heyranlıq duyuram" - Qvardiola

"Real"a heyranlıq duyuram" - Qvardiola
DÜNYA FUTBOLU 24 Fevral 2020 / 18:24 5205
-  A +

"Real"a böyük  heyranlıq duyuram. Oradakı futbolçuların çoxu Çempionlar Liqasının finalında bir neçə dəfə oynayıb və kuboku qazanıb.Bizdə isə kuboku qazanan çox oyunçu yoxdur. Bəlkə Kladudio Bravo bu uğura nail olub. "Real"la oyunda qalib gələ də bilərik, uduza da. Ancaq kuboku qazanmağa ehtiyacımız var".

Qol.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Real"la sabahkı ilk matç öncəsi goal.com-a açıqlamasında deyib.

O bildirib ki, iki matçda da "Real"a qarşı öz oyunlarını oynamalıdırlar: "Bu əsl sınaq olacaq. Bizim bənzəmək və örnək almaq istədiyim klub "Real"dır. O meydana çıxmaq və matçın sonunda özümüz kimi oynadığımızı söyləmək istəyirəm. Dünyanın ən böyük, ən gözəl və en prestijli stadionlarından birinə çıxıb əlimizdən gələni etməliyik. Bunu bacara bilməsək, rəqibimizi təbrik edib növbəti səfərə kimi özümümzü inkişaf etdirməyə çalışacağıq. Çempionlar Liqasının kubokunu 13 dəfə qazanan, buranın kralı olan bir komandaya qarşı oynayacağımızı üçün ən yaxşı oyunumuzu nümayiş etdirməliyik."


Son xəbərlər