Mbappe PSJ-də 7-ci bombardir oldu

Mbappe PSJ-də 7-ci bombardir oldu
DÜNYA FUTBOLU 24 Fevral 2020 / 17:21 2931
-  A +

Fransa Liqasının 23-cü turunda "Bordo" ilə oyun  (4:3) PSJ-nin hücumçusu Mbappe üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində qol vuran fransalı forvard komandasında 85-ci qoluna imza atıb. Bununla da o, Safet Suşiçi qabaqlayaraq klub tarixinin ən məhsuldar 7-ci futbolçusu olub.

Qeyd edək ki, komandanın bugünə qədər ən çox qol vuran oyunçusu Edinson Kavanidir. Uruqvaylı hücumçu PSJ forması ilə 200 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı