"Bəs özümüz nə vaxt qazanacağıq?" - Ayxan Abbasov

"Bəs özümüz nə vaxt qazanacağıq?" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 23 Fevral 2020 / 20:29 2643
-  A +

"Məğlubiyyətə görə üzülürük. Belə rəqiblə oyunda səhv etmək olmaz. Rəqib ikinci hissənin əvvəlində boşluqdan yararlandı. Buna baxmayaraq, öz dəst-xəttimiz var. Daha soyuqqanlı ola bilərdik. Futbolçularıma əzmkarlığı qarşılığında təşəkkür edirəm".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyundan zövq aldığını bildirib: "Oyunu düzgün analiz etmək lazımdır. Qoldan sonra 4 hücumçu ilə oynadıq, dayaq yarımmüdafiəçisini meydana buraxdıq. Belə komandaya qarşı açıq futbol oynamaq olmaz. Hətta "Neftçi" belə oynamamışdı. Çalışacağıq ki, sonadək bu tempi qoruyaq. Hər mövsüm heyətimizi qoruya bilməsək də, futbolumuza qazandırırıq. Bəs özümüz nə vaxt qazanacağıq? Bu sualın cavabı məndən asılı deyil".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord