A seriyasının 3 oyunu təxirə salındı

A seriyasının 3 oyunu təxirə salındı
XƏBƏR 23 Fevral 2020 / 10:44 2471
-  A +

İtaliyanın baş naziri Cüzeppe Konte Lombardiya və Veneto regionları ərazilərində bütün idman tədbirlərinin təxirə salındığını açıqlayıb.

Qol.az xəbər verir ki, buna həmin regionlarda koronavirus xəstəliyinin yayılması səbəb olub. Həmin tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Oyunların yeni tarixləri hələ açıqlanmayıb.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də başqa vaxta keçirilib.


Son xəbərlər