Tərlan Əhmədovdan qələbə şərhi

Tərlan Əhmədovdan qələbə şərhi
ÖLKƏ FUTBOLU 22 Fevral 2020 / 19:35 2505
-  A +

"Qələbə hər zaman xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu gün istədiyim komandanı meydanda gördüm".

Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 18-ci turunda "Zirə" ilə oyundan sonra mətbuat konfransında deyib.

4:0 hesablı qəəbəni şərh edən çalışdırıcı qarşıda daha çətin oyunlar olacağını bildirib: "Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindir. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq".

T.Əhmədov komandanın bombardiri Lorenzo Frutosun oynamamasının səbəbini də açıqllayıb: "Neftçi" ilə oyundan sonra tempraturu qalxmışdı. Frutos bir neçə məşqləri buraxdı. Hələ ki, tam formasında deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı